`Bank Standard`a yeni baş direktor təyin olundu


18:45     12 İyul 2016 bank%20standart.jpg

12 iyul 2016-cı il tarixində “Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka Baş Direktor təyin olunub.


Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Femida.az-a verilən məlumata görə,”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.

Sanasiya proqramı çərçivəsində, X. Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcəkdir.

Artıq Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilib.

X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlayıb, “Bank of Baku” və “Unibank”-da rəhbər vəzifələrdə çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1050